Tehranda təyyarə qəzası: ölənlər var-FOTO/YENİLƏNİB




İranda qəzaya uğrayan "Boeing-707” tipli hərbi yük təyyarəsindəki 10 nəfər həlak olub.



Qaynarinfo xəbər verir ki, Tehran yaxınlığında yerləşən Kərəc şəhərinin Zibadəşt rayonu ərazisində axtarış-xilasetmə işləri aparılır.

Təyyarə Qırğız Respublikasının paytaxtı Bişkekdən İranın Əlborz əyalətində yerləşən Peyam hava limanına uçurmuş. Məlumata görə, pilotun idarəetmədə yanlışlığa yol verməsi nəticəsində təyyarə Kərəc şəhərinin Feth hava limanına enməyə məcbur olub. Pilot eniş edərkən, təyyarəni hava limanın divarlarına çırıpıb. Göyərtəsində 10 nəfərlik heyət olan təyyarənin aeroport yaxınlığındakı evlərə də çarpıldığı barədə məlumat yayılıb. Hadisə yerinə helikopterlə xilasediclər göndərilib.

***10.10

İranın paytaxtı Tehranda "Boeing-707" karqo təyyarəsi qəzaya uğrayıb.

AFN Sputnik-ə istinadən xəbər verir ki, qəza Kərəc hava limanı yaxınlığında baş verib və səbəbi bilinmir. Hadisə zamanı təyyarənin göyərtəsində 10 nəfər olub.







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu