Müəllimlər Təhsil Nazirliyinin qarşısına toplaşdı- ETİRAZ+VİDEO
Hazırda bir qrup müəllim Təhsil Nazirliyinin qarşısına toplaşıb.
Cebhe.info xəbər verir ki, müəllimlər Siyəzən rayonunda təhsil müəssisələrində yaranmış vəziyyətə etiraz edirlər. Bildirilir ki, məktəblərdə fond pulu adı altında müəllimlərdən 50 manat pul yığılır, istilik sistemi işləmir, məktəblərə yoxlamalar zamanı vəsait tələb olunur.
Müəllimlər Siyəzən rayon Təhsil Şöbəsinin müdiri Rəfael Hacıyevin fəaliyyətindən şikayətçidir.
Şikayətləri dinləmək üçün bir qrup müəllimin nazirlikdə qəbul ediləcəyi bildirilirb.