YPX-nın əməkdaşı uşağın həyatını xilas etdi- FOTOLAR




Bu yaxınlarda bir uşağın halı pisləşir və təcili tibbi yardım çağırırlar. Ancaq təcili yardım gec gəlir. Bunu görən valideynlər yol qırağına çıxaraq 99 YP 507 nömrəli yol patrul xidmətinin əməkdaşına yaxınlaşıb, övladlarının ağır vəziyyətdə olduğunu bildirib və onlara kömək etməsini xahiş ediblər.

Həmin YPX əməkdaşı dərhal vəziyyətə müdaxilə edərək yolu açıb və həmin uşağı valideyini ilə birlikdə xəstəxanaya qədər müşahidə edib. Çətin durumda olan uşaq xəstəxanaya vaxtında çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra uşağın həyatını xilas etmək mümkün olub.

Hazırda bütün sosial şəbəkə istifafəçiləri həmin YPX əməkadşının fədakarlığından danışırlar.

Qeyd edək ki, həmin YPX əməkdaşı baş inspektor Rafiq Alıyevdir.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu