Bakıda gərgin anlar: Bir qrup qadın magistral yolu bağladı- VİDEO




Bakının Suraxanı rayonunda sakinlər yolu bağlayıb.

ONA-nın məlumatına görə, Yeni Suraxanı qəsəbəsinin bir qrup sakini su gəlmədiyi üçün Mərdəkan yolunu bağlayıb. Yolda böyük tıxac yaranıb.

Polisin müdaxiləsindən sonra yol açılıb və avtomobillərin hərəkəti bərpa olunub.

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı həmin sakinlərin problemlərindən xəbərdar olduqlarını bildirib:

"Suraxanı rayonu Samir Əliyev küçəsində əvvəllər tamamilə su yox idi. Biz ötən illər həmin küçənin bir hissəsində şəbəkə qurmuşuq, camaata su vermişik, amma bir hissəsində hələ də içməli su, mərkəzləşmiş şəbəkə yoxdur. Həmin ərazidə olan vətəndaşlar şəbəkə qurulmasını, onların da su ilə təmin olunmasını istəyir.

Camaatın tələbi odur ki, orda şəbəkə qurulsun, evlərinə su xətti çəkilsin, sayğac quraşdırılsın, evlərində su olsun. Bu bizim planımızda var, onu icra edəcəyik. Bakı şəhəri və onun ətrafı qəsəbələrində bu işlər mərhələli şəkildə həyata keçirilir. Çox kiçik bir hissə qalıb, onu da növbəti mərhələdə həll edəcəyik".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu