Məşhur idman ustası Milli Məclisə namizəd olur - FOTOLAR




Türkiyə Sambo Federasiyasının və Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti Səbuhi Rəcəb 9 fevral 2020-ci ildə keçiriləcək Parlament seçkilərində namizədliyini irəli sürəcək.



Bu barədə Sportnet.az-a S.Rəcəbin özü məlumat verib. Bir idmançı kimi hər zaman Vətəni Azərbaycana xidmət etdiyini deyən federasiya rəsmisi uğurlu işlərini millət vəkili kimi davam etdirmək zamanının yetişdiyini vurğulayıb.

Qeyd edək ki, Səbuhi Rəcəb 2014-2015-ci illərdə Azərbaycan Sambo Federasiyasında Döyüş Sambosu (Kombat Sambo) üzrə vitse-prezident, 2015 - 2017 ci illərdə Azərbaycan Kikboksinq Federasiyasında vitse-prezident vəzifəsində çalışıb. İdman ustası Azərbaycan Kikboksinq Federasiyasının nəzdində fəaliyyət göstərən "12 MAY - Kikboksinq İdman cəmiyyəti"nin sədridir.

15 aprel 2017 ci ildə Azərbaycan Uşu Federasiyasına Beynəlxalq məsələlər üzrə vitse-prezident, 17 Avqust 2018-ci ildə Azərbaycan Gözdən Əlil Şahmat və Damaçılar Federasiyasının fəxri prezidenti, 15 oktyabr 2018-ci ildə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti vəzifəsinə seçilib.
Ailəlidir, dörd övladı var.











AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu