42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizəd Tural İbrahimovu tanıyaq




42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizəd Tural İbrahimov seçki platformasını və tərcümeyi-halını açıqlayıb.



Hörmətli seçicilər!



Müstəqil və müasir Azərbaycan, hüquqi və demokratik prinsiplərə əsaslanan qüdrətli dövlət, dayanıqlı iqtisadiyyat, vətəndaş rifahı, yaşayış səviyyəsinin yüksəlməsinə nail olmaq üçün ölkənin qanunverici orqanı Milli Məclisdə Sizi təmsil etməklə, qanunların xalqımıza və dövlətçiliyimizə xidmət etməsinə daima çalışacağam. Ölkəmizin inkişafına və hər bir vətəndaşın bu inkişafdan faydalanmasına yönəlmiş təkliflərlə çıxış edəcəm.
Müasir Azərbaycanın qurucusu ümummilli liderimiz Heydər Əliyevin uğurlu siyasətini davam etdirmək və Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsinə nail olmaq üçün bir gənc kimi öz dəstəyimi əsirgəməyəcəm.
Sumqayıt şəhər sakinlərinə yeni iş yerlərinin yaradılması, gənclərin, xüsusilə ali və peşə məktəb məzunlarının işlə təmin olunması, gənc ailələrə və gənc idmançılara diqqət göstərilməsi istiqamətində fəaliyyət göstərəcəm. Bunun üçün Sumqayıt şəhərində daimi qərargah yaradaraq, seçicilərlə davamlı görüşlər keçirəcəm və yeni qanun layihələrinin hazırlanması prosesində ictimai rəyin nəzərə alınmasına çalışacağam.
Mənə etimad göstərib Milli Məclisə üzv seçərsinizsə, Sumqayıt şəhər sakini olaraq problemlərimizin həllinə çalışacam, namizəd kimi platformamda qeyd olunmuş məsələlərlə kifayətlənməyəcəm və deputat səlahiyyətlərinin mənə verdiyi bütün imkanlardan doğma şəhərimizin inkişafı üçün istifadə edəcəm.



İbrahimov Tural Həsən oğlu-21 yanvar 1984-cü ildə Sumqayıt şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Sumqayıt şəhəri “Təfəkkür” liseyində, ali təhsilini Sumqayıt Dövlət Universitetində alıb, ixtisası iqtisadçı-menecerdir. 2008-2011-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xidmət göstərib, 2012-2018-ci illər ərzində bir neçə özəl müəssisədə rəhbər vəzifələrdə çalışıb. 2019-cu ildən özəl şirkətin direktorudur. Rəhbərlik etdiyi şirkət müxtəlif dövlət layihələrinin icrasında yaxından iştirak edərək öz tövhəsini verib. Hazırda Sumqayıt şəhərində yaşayır, ailəlidir, iki övladı var.
Atası İbrahimov Həsən İbrahim oğlu prokurorluq əməkdaşı olub və uzun müddət Sumqayıt şəhər prokurorluğunda xidmət göstərib. Hazırda təqaüddədir, Sumqayıt şəhərinin ictimai-siyasi həyatında fəal iştirak edib, Sumqayıt şəhərində yaşayır.
Anası İbrahimova İradə Məmməd qızı-ali təhsillidir, Sumqayıt şəhərinin özəl və dövlət müəssisələrində mühasib vəzifəsində fəaliyyət göstərib, təqaüddədir, hazırda Sumqayıt şəhərində yaşayır.
Qardaşı İbrahimov Ceyhun Həsən oğlu-ali təhsillidir, uzun müddətdir Sumqayıt şəhərinin iaşə sektorunda sakinlərə xidmət göstərir. Ailəlidir, iki övladı var, hazırda Sumqayıt şəhərində yaşayır.
Qardaşı İbrahimov Altun Həsən oğlu natamam ali təhsillidir, subaydır, hazırda Sumqayıt şəhərində yaşayır.


-------------------------------------------------------------------------------------------------------------------------------


Bulud VPS

9.99 ₼ -dan başlayan qiymətlərlə

* 25 GB SSD Disk Həcmi
* 1 vCore
* 1 GB RAM
* 1TB Trafik
* 1 IPv4 ünvan



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu