Tural İbrahimov Sumqayıtda görüşlərini davam etdirir - FOTOLAR




42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizəd Tural İbrahimov bir neçə gündür seçki qərargahında Sumqayıt şəhərinin aktiv insanları və seçicilərlə görüşlərini davam etdirir.



Görüşə gələn insanların təkliflərini diqqətlə dinləyən namizəd qeyd olunan bütün təkliflərin həlli üçün gələcək fəaliyyətində tam gücü ilə səy göstərəcəyini bildirib. Görüşlərdə Sumqayıtın sosial problemləri, əhali arasında aktual olan digər məsələlər müzakirə olunur, həmçinin namizədin seçki platforması təqdim olunur. Bundan başqa, milli və mənəvi dəyərlərimiz haqqında, Sumqayıtın son 15 ildə yox dərəcəsinə düşmüş özəlliklərinin bərpası və qorunub saxlanması yolları müzakirə edilir. Bütün qanunlar və vətəndaşlarımız (siravi vətəndaş və dövlət məmurlarının hamısına aiddir) xalqımıza və dövlətçiliyimizə xidmət etməlidir.
Qeyd edək ki, T.İbrahimovla görüşə gələnlər arasında tanınmış ictimaiyyət nümayəndələri, müxtəlif sahələrdə uğur qazanmış insanlar da var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu