Tural İbrahimov seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR




42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizəd Tural İbrahimov seçicilərlə görüşünü davam etdirir.



AFN xəbər verir ki, T. İbrahimov bir neçə mikrorayon, məhəllələrdə və Stansiya Sumqayıt ərazisindəki sakinlər tərəfindən çox mehriban qarşılanıb. Seçicilərlə səmimi söhbət əsnasında probləmlərdən danışılıb. Bir neçə şəhid ailəsi və əlillərin evlərində qonaq olan namizəd onların qayğılarını dinləyib.

Seçkilərə az qaldığı bir zamanda Tural İbrahimov bir daha xalqımızı seçkilərdə aktiv iştirak etməyə çağırıb.

O qeyd edib ki, seçki məntəqlərinə heç bir müşahidəçi təyin etməyib və buna ehtiyac görməyib.

Bildirib ki, mən möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və xalqımıza güvənirəm, əminəm ki seçkilər tam şəffaf keçiriləcək.














AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu