Füzuli ziyalıları: “Vüqar Bayramova səs verməklə, Füzulimizin inkişafını dəstəkləmiş olacaqsınız”




84 saylı Füzuli şeçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov doğma yurdunda seçicilərlə görüşlərini davam etdirir. Vüqar Bayramovun rayonun Alıxanlı, Yuxarı Kürdmahmudlu və Aşağı Kürdmahmudlu kəndlərində yaşayan seçicilərlə görüşlərində deputatlığa namizədin vəkilləri olan Füzuli rayonunun tanınmış ziyalıları - Sumqayıt Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru, professor Şəfa Əliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin dosentləri Əlirza Məmmədov, İlqar Xəlilov və Yusif İbrahimov iştirak ediblər.



İlk dəfədir ki, deputatlığa namizədin vəkili kimi seçki kampaniyasına qoşulduğunu vurğulayan Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Əlirza Məmmədov, bu məsuliyyətdən şərəf duyğunu bildirib: “Bugünə kimi çox namizədlər onlara vəkillik etməyimi təklif etsələr də, qəbul etməmişəm. Ancaq Vüqar Bayramov kimi Vətəninə bağlı, onun inkişafı üçün çalışan bir iqtisadcı alimin vəkili olmaqdan qürur duyuram. Mən də bir Füzuli ziyalısı kimi doğma yurdumuzun daha da inkişaf etməsi və ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsi üçün sizi Vüqar Bayramova səs verməyə səsləyirəm.”

Vüqar Bayramovun digər vəkilləri, Azərbaycan Dövlət İqtisad Universitetinin dosentləri İlqar Xəlilov və Yusif İbrahimov da deputatlığa namizədin fəaliyyətlərindən və əldə etdiyi nailiyyətlərdən danışıblar: “Vüqar Bayramov dünya səviyyəsində tanınmış iqtisadçı alimdir. Namizədlikdən öncəki fəaliyyəti insanların sosial təminatını gücləndirilən təkliflər istiqamətində olub. İnanırıq ki, siz seçicilər Vüqar Bayramova 9 fevral seçki günündə dəstəyinizi nümayiş etdirsəniz, o da bu 5 ildə daim sizin yanınızda olacaq.”

Hər bir kənddə seçicilər tərəfindən sevinclə qarşılanan Vüqar Bayramov onların etimad və güvənini həmişə doğrultmağa çalışacağını bildirib: “Məcburi köçkünlərin yaşadığı rayonun deputatının məsuliyyəti daha böyük olmalıdır. Həm bir məcburi köçkün, həm də məcburi köçkünlərin qayğılarını daha yaxından bilən insan kimi bu məsuliyyəti dərindən hiss edirəm. Seçiləcəyim təqdirdə hər zaman seçicilərimin yanında olub, onları maraqlandıran məsələlərin qısa zamanda həllinə nail olmağa çalışacağam. Namizədlikdən öncəki fəaliyyətim, eləcə də iqtisadi biliklərim və təcrübəm mənə imkan verəcək ki, sizi parlamentdə daha yaxşı təmsil edim. İnanıram ki, 9 fevralda doğru seçim edib, rayonumuzun inkişafına dəstək ola biləcək, potensiallı şəxsə səs verəcəksiniz.”

Sonda seçicilər namizədə onları maraqlandıran suallar ünvanlayaraq, Elinə və Elminə güvənən insana səs verəcəklərini vurğulayıblar: “Təkcə bizim Füzuli rayonunu deyil, bütün ölkəni maraqlandıran aktual iqtisadi və sosial məsələləri daim media vasitəsilə gündəmdə saxlayan insana dəstək olmalıyıq. Çünki o, yalnız füzulilərin deyil, bütün azərbaycanlıların fəxridir.”










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu