Etdiyi saxtakarlığa görə məktəb direktorunu neçə il həbs gözləyir?




53 nömrəli tam orta məktəbin direktoru Firəngiz Həmidovaya etdiyi saxtakarlıq faktına görə, cinayət işi açıla bilər.



Bu barədə Qaynarinfo-ya tanınmış hüquqşünaslardan biri deyib. Onun sözlərinə görə, əgər Firəngiz Həmidovanın rəhbərlik etdiyi məktəbdə həmin saxtakarlıq faktı təsdiqlənərsə, onu 3 ilə qədər azadlıqdan məhrumetmə cazası gözləyir:

"Burada vəzifə saxtakarlığı və vəzifədən su-istifadə halları var. Onun əməlində 308.1 və 313-cü maddənin tərkibi əlamətləri var. Ona bu maddələrlə cinayət işi açıla bilər. Ən azı 3 il azadlıqdan məhrumetmə cazası gözləyir”.

Qeyd edək ki, Bakı şəhəri 53 nömrəli orta məktəbdə saxtakarlıq faktı aşkarlanıb. Məktəbdə ötən dərs ilində IX sinfi bitirmiş Nigar Bayramlı bu dərs ilində ABŞ-da təhsilini davam etdirir. İddiaya görə, onun adı 53 nömrəli məktəbin X sinif şagirdi kimi saxlanılıb. Məktəbin direktoru Firəngiz Həmidova bunun ciddi saxtakarlıq, hətta cinayət tərkibli olduğunu bilsə də, şagirdin "kağız üzərində təhsil almasına” şərait yaradıb.

Məsələ ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsində araşdırılmaya başlanılıb.

********************************************************************************

Paylaşılan Hostinq


1.49 ₼ -dan başlayan qiymətlərlə


* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt

Daha ətraflı məlumat üçün: https://hostimul.com/hostinq-almaq



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu