Azərbaycanın böyük supermarketləri “Johnsons” şirkətini boykot etdi
Qaynarinfo xəbər verir ki, bu addım "Johnson@Johnson” şirkətinin Tvitter hesabındakı paylaşımında Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmasına görə atılıb.
Verilən məlumata görə, şirkət bundan sonra geri addım ataraq rəsmi Tvitter səhifəsində yeni post paylaşmağa məcbur olub və həm Ermənistan, həm də Azərbaycan tərəfdə zərər görənlərə humanitar yardım üçün Qırmızı Xaç Komitəsinə yardım edəcəklərini bildirib. Öncə isə bu yardım təkcə Ermənistan tərəfə nəzərdə tutulmuşdu.