Dmitri Medvedev: “Rusiyanı beynəlxalq internet şəbəkəsindən ayıra bilərlər”


“Rusiyanı beynəlxalq internet şəbəkəsindən ayıra bilərlər”.

“Report” xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, keçmiş prezident Dmitri Medvedev ölkə KİV-inə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiyanın internet seqmentindən ayrılması haqqında qanun bu istiqamətdə uyğun risklər fonunda muxtar idarəetməyə imkan verir.

“Məlum olduğu kimi internetin idarə edilməsində ABŞ-ın istinasız hüququ var. Odur ki, kiminsə fikrinə gələrsə, fövqəladə hadisə olarsa onda bu baş verəcək”, - D.Medvedev bildirib.

O, internet açarının okeanın o tayında olduğunu da vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu