Medvedev: Rusiya əməliyyatı dayandırsa, məhv olacaq


Əməliyyat yarımçıq dayanarsa, Rusiya məhv olacaq.


AFN.az xəbər verir ki, bunu Rusiyanın keçmiş baş naziri Dmitri Medvedev deyib. O, qeyd edib ki, ABŞ Kiyev rejiminə silah verməyi dayandırsa, müharibə bitəcək.

Medvedev ABŞ-ın Rusiyanı məğlub etməyə çalışdığını bəyan edərək, “ABŞ Rusiyanın məğlub olmasını istəyirsə, bəllidir ki, biz dünya münaqişəsinin astanasındayıq. Əgər ABŞ Rusiyanı məğlub etmək istəyirsə, bizim özümüzü istənilən silahla, o cümlədən nüvə silahı ilə müdafiə etmək hüququmuz var. Rusiya qalib gəlmədən əməliyyatı dayandırsa, Rusiya olmayacaq, parça-parça olacaq" - deyə vurğulayıb.

Medvedevin bəyanatı ABŞ prezidenti Co Baydenin Polşanın paytaxtı Varşavada verdiyi bəyanata bənzərliyi ilə diqqəti çəkib. Bayden Varşavada verdiyi bəyanatda "Rusiya işğalını dayandırsa, müharibə başa çatacaq" demişdi. “Əgər ukraynalılar özlərini müdafiə etməyi dayandırsalar, bu, Ukraynanın sonu olacaq" - deyə Bayden əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu