Erməni əsgərləri çıxılmaz vəziyyətdə: "Artıq Qafan verilib..."


Ermənistanın Qafan şəhərində polis erməni hərbi qulluqçuları ilə bağlı yayımlanan videonu araşdırmağa başlayıb.

Erməni mediası xəbər verir ki, bu barədə Ermənistanın baş prokurorunun müşaviri Qor Artahamyan bəyan edib.

Müşavir xatırladıb ki, sosial şəbəkələrdə erməni silahlı qüvvələrinin postuna dair məlumat yayılıb, qeydlərdə hərbçilərin aldığı əmr və təlimatlardan danışılır: "Gorus qarnizonunun hərbi prokuroru Hayk Marqaryanın tapşırığına əsasən xidməti şərtləri və təşkilini yoxlamaq, qeyd olunanların həqiqət olub-olmadığını öyrənmək üçün materiallar hazırlanır”.

Baş prokurorun müşaviri əlavə edib ki, təhlükəsizlik səbəbindən hazırlanan materialları yayımlamırlar.

Bəlli olub ki, erməni əsgərlərinin qəmgin durumda olduğunu göstərən görüntülər yayımlandıqdan sonra həmin postun komandiri Qafana çağırılaraq saxlanılıb.

Qeyd edək ki, "Telegram" kanallarında yayımlanan videoda bir qrup erməni əsgəri dayandıqları postda vəziyyətin acınacaqlı olduğunu elan edir. Bildirilir ki, ratsiyalarının, rabitə əlaqələri mövcud deyl. İddia edirlər ki, onlara postdan geri çəkilmələri istənilir, çünki Qafan artıq verilib. Həmçinin xidmət şərtlərinin bərpad olmasından danışan erməni əsgərlər onların postlarında 9 nəfər olduğu halda ətrafdakı Azərbaycan Ordusunun postlarında 50-60 nəfər olduğunu xüsusilə bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu