Qarabağın bərpasının tamamlanma tarixi açıqlandı - VİDEO
"Qarabağın bərpası üçün ən az 5-10 il vaxt lazımdır".
Bunu ARB24-ün "Gündəm” verilişinə açıqlamasında ABŞ-ın "Beynəlxalq Münaqişələrin Həlli Mərkəzi"nin nümayəndəsi Kristofer Çambers deyib. O bildirib ki, bəzi yerlər tam dağıdıldığı üçün yenidən infrastruktur qurulmalıdır: "Qeyri-neft sektoru inkişaf etdirilməlidir. Bu, çətin proses olsa da, dövlət lazım olan addımları atır. Düşünürəm ki, plan yaxşı qurulub, prioritet olaraq yalnız tərəqqi götürülüb”.
Məsələyə münasibət bildirən Austin Kleyton isə bildirib ki, Qarabağın bərpası üçün külli miqdarda vəsait və vaxt lazımdır: "Qarabağa dəyən ziyanın həcmi çox böyükdür. Həmçinin bu ərazilərə insanların köçürülməsi prosesinə də diqqət etmək lazımdır. Ermənistan hər zaman azərbaycanlıları təcavüzkar tərəf kimi göstərməyə çalışıb və insanları azərbaycanlılarla yaşamağın mümkünsüzlüyünə inandırıb. Buna görə insanları vəziyyətlə barışdırmaq lazımdır. Onlar sabitlik və sülh şəraitində yaşamalıdır”.