Gürcüstan Müstəqillik günündə hərbi texnikasını nümayiş etdirəcək


Mayın 26-da Tbilisidə, Azadlıq meydanında Gürcüstanın Müstəqillik gününə həsr olunmuş mərasim keçiriləcək.



“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbir çərçivəsində ölkənin hərbi texnikasının bir hissəsi - müxtəlif zirehli maşınlar nümayiş etdiriləcək.

Mərasimə "SU-25" qırıcı təyyarələrinin uçuşları ilə yekun vurulacaq.

Bununla yanaşı, 247 hərbçinin andiçmə mərasimi də təşkil olunacaq.

Koronavirus pandemiyası səbəbindən mərasim genişmiqyaslı olmayacaq.

Tədbir televiziya vasitəsilə canlı yayımlanacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu