Ceyhun Bayramov minaya düşən jurnalistlərdən yazdı


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Kəlbəcərdə erməni diversantları tərəfindən quraşdırılan minaya düşərək həlak olan jurnalistlərdən yazıb.


XİN rəhbəri bu barədə öz tvitter hesabında münasibət bildirib.

“Azərbaycanın Kəlbəcər rayonunda ikisi jurnalist olmaqla üç mülki vətəndaşın minanın partlaması nəticəsində həlak olduğunu öyrənəndə dərindən kədərləndim.

Ermənistanı minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməyə çağırırıq. Hər gün bu tələbi rədd etməyə davam edirlər, daha çox həyat təhlükə altındadır!”,- deyə Bayramov qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu