Ərdoğandan Qarabağ zəfəri ilə bağlı daha bir AÇIQLAMA


“Türkiyə-Azərbaycan qardaşlığı bölgəmizin sülh, rifah və sabitliyinin təminatıdır”.


Bunu NATO Zirvəsinə qatılmaq üçün Brüsselə yollanan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Hava Limanında mətbuata açıqlamalarınd deyib.

“NATO Zirvəsindən sonra qardaşım Əliyevin dəvəti ilə Azərbaycana rəsmi bir səfər gerçəkləşdirəcəyəm. Türkiyə-Azərbaycan qardaşlığı bölgəmizin sülh, rifah və sabitliyinin təminatıdır.

Proses çərçivəsində Azərbaycan Qarabağda tarixi bir zəfərə imza ataraq, 30 illik işğala son qoyub. Qarabağ zəfəri daimi sabitliyin qapısını aralayıb. 10 dekabr 2020-ci ildə Bakıda təşkil olunan Zəfər Paradını izləmişdim.

Bu dəfə zəfərin qazanıldığı torpaqlara gedəcəyik. Şuşanı ziyarət edəcəyik. İyunun 16-da milli komandamızın Uelslə oynayacağı oyunu da Əliyevlə izləyəcəyik”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu