AFFA Aslan İsmayılovu məhkəməyə verdi - Korrupsiya ittihamı
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) vəkil Aslan İsmayılovu məhkəməyə verib.
Məhkəmənin hazırlıq iclası oktyabrın 10-u saat 14:30-a təyin olunub.
İşə hakim Mədinə Bağırovanın sədrliyi ilə baxılacaq.
Bir müddət öncə Aslan İsmayılov AFFA-nı korrupsiyada ittiham etmişdi. (Sportinfo.az)