Eldar Həsənov hospitala köçürüldü


Həbsdə olan keçmiş baş prokuror və sabiq səfir Eldar Həsənovun səhhəti pisləşib.


E.Həsənovun qan təzyiqi və ürək döyüntüləri yüksəlib, həkimlər təzyiqi aşağı sala bilməyib. Buna görə də o, saxlanıldığı Dövlət Təhükəsizlik Xidmətinin Təcridxanasından hospitala köçürülüb.

Qeyd edək ki, Eldar Həsənova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Onun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Sentyabrın 17-də keçirilən məhkəmə prosesində də keçmiş baş prokurorun səhhəti pisləşmiş və o məhkəmədən xərəklə çıxarılmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu