Yaşıl marafon” kampaniyası davam edir


IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl marafon” kampaniyası çərçivəsində növbəti genişmiqyaslı ağacəkmə aksiyaları bu gün Bakının Xocahəsən və Müşfiqabad qəsəbələrində və bütün bölgələrdə keçirilib.


Bu barədə AFN-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

ETSN, Təhsil Nazirliyi, Dövlət Gömrük Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin rəsmilərinin, Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərin və tələbələrin iştirakı ilə Xocahəsən qəsəbəsində keçirilən ağacəkmə zamanı Abşeron yarımadasının iqliminə uyğun 2000-dən çox müxtəlif cinsli ağac əkilib.

Qeyd edək ki, “Yaşıl marafon” kampaniyası çərçivəsində keçirilən ağacəkmə tədbirlərində dövlət və özəl qurumların, qeyri-hökumət təşkilatlarının, könüllülərin, ictimaiyyət nümayəndələrinin, təbiətsevərlərin böyük coşqu ilə iştirak etməsi ətraf mühitin qorunması, yaşıllıqların artırılması ilə yanaşı, istilik effekti yaradan qaz tullantılarının azaldılmasına töhfə verir.












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu