Ukraynada hərbi vəziyyət elan oluna bilər


“Genişmiqyaslı əməliyyatlar başlasa, Ukrayna hakimiyyəti hərbi vəziyyət tətbiq edə bilər”.


“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “Xalqın xidmətçisi” partiyasından olan deputat Oleq Seminski deyib.

"Biz hamımız ümid edirik ki, bu baş verməyəcək, lakin panikaya düşməməli, ayıq başla hərəkət etməli və bunun həqiqətən baş verə biləcəyinə hazır olmalıyıq. Əgər bu baş verərsə, biz dövlət olaraq sona qədər mübarizə aparmalıyıq”, - o bildirib.

Bundan əvvəl Ukrayna Ali Radasının keçmiş deputatı, “Radikal” Partiyasının lideri Oleq Lyaşko söyləyib ki, Prezident Vladimir Zelenski dekabrın 1-dən ölkədə hərbi vəziyyət tətbiq etməyi planlaşdırır.

Qeyd edək ki, indiyədək Ukraynada hərbi vəziyyət yalnız bir dəfə - 2018-ci ilin noyabrında tətbiq edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu