Rusiyada idxalçı şirkətlər birjadan valyuta alarkən komissiya ödəməyəcəklər


Rusiyada xarici tədarükçülər qarşısında müqavilə öhdəlikləri olan idxalçı şirkətlər birjadan valyuta alarkən 12 %-lik komissiyanı ödəməyəcəklər.


"TASS" xəbər verir ki, bu barədə qərar Rusiya Bankı tərəfindən qəbul edilib.

Məlumata görə, yerli şirkətlər üçün komissiya qüvvədə qalacaq.

Xatırladaq ki, ötən gün tənzimləyici birjadan ABŞ olları, avro və funt sterlinq alan fiziki şəxslərdən əqdin dəyərinin 30 %-i qədər komissiya tutulması barədə qərar verdi. Bu gün həmin göstərici 30 %-dən 12 %-ə kimi endirildi. Bundan əlavə bu gündən hüquqi şəxslərdən də analoji əməliyyatlar zamanı 12 % komissiya tutulacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu