Qara dənizdə tapılan minalar partladıldı - hansı ölkəyə məxsus olması bilinmir

Rumıniya Hərbi Dəniz Qüvvələri ölkə sahillərində tapılan dəniz minasının zərərsizləşdirmə görüntülərini yayıb.
AFN.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, minanın hansı ölkəyə məxsus olması bilinmir.
Bu, Qara dənizdə bir gündə aşkar edilən ikinci drift minasıdır. Daha biri isə Türkiyənin İğneada şəhəri yaxınlığında zərərsizləşdirilib.