Rusiyalı jurnalistlər Kann festivalına buraxılmayacaq
Kann kinofestivalının təşkilatçıları bir sıra Rusiya KİV-nə akkreditasiya verməkdən imtina ediblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Wrap” nəşri yazır.
Məlumata görə, jurnalistlərin festivala buraxılmasından imtina ilə bağlı müvafiq qərar filmlərə baxış başlamazdan iki həftə əvvəl qəbul edilib.
Bundan əvvəl rusiyalı rejissor Aleksandr Sokurov təşkilat komitəsinin tələbəsi Malika Musayevanın əsərini tədbir proqramına daxil etməkdən imtina etməsindən sonra Kann Film Festivalını ayrı-seçkilikdə günahlandırmışdı.