Conni Deppin 3 ildən sonra çəkildiyi ilk film Kann Film Festivalını açacaq
Həyat yoldaşı ilə qalmaqallı boşanma prosesindən keçən amerikalı aktyor Conni Deppin son 3 ildə çəkildiyi ilk film "Janna Dubarry" bu il Kann Film Festivalının açılışını edəcək.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, layihənin premyerası mayın 16-da 76-cı Kann Film Festivalında keçiriləcək. Filmin süjeti Fransa kralı XV Lüdovikdən bəhs edir.
Çəkilişlər 26 iyul 2022-ci ildə başlayıb. Nəşr qeyd edir ki, “Jeanne Dubarry” filminin çəkiliş prosesi başlayanda Conni Depp praktiki olaraq fransız dilini bilmirdi.
Karib dənizinin quldurları ulduzunun kino karyerası bir neçə il əvvəl keçmiş həyat yoldaşı Amber Heardın sənətçini məişət zorakılığında ittiham etməsindən sonra dayandırılmışdı. Aktyor onunla əvvəllər bağladığı müqavilələri itirdi, daha filmlərə dəvət olunmadı.
Keçən yay məhkəmə Hurdu Deppi böhtan atmaqda təqsirli bilib. Münsiflər heyəti belə qənaətə gəlib ki, aktrisanın keçmiş ərinə qarşı ittihamlarının arxasında pis niyyət dayanır. Onlar həmçinin Heardın Deppə 15 milyon dollar təzminat ödəməsi barədə qərar çıxarıblar.
Məhkəmə qərarından sonra Depp kino karyerasına davam edib.