Alen Delonun evindən 72 silah götürülüb
Fransa polisi kino əfsanəsi Alen Delonun evindən 72 silah və 3 mindən çox güllə tapıb.
Parisdən təqribən 135 kilometr cənubda yerləşən Duşi-Monkorbonda aktyorun evində də atış poliqonu tapılıb.
Prokurorlar Delonun silah icazəsi olmadığını bildiriblər.
88 yaşlı aktyor "Samuray" və "Borsalino" kimi hit filmlərdə sərt görünüşlü obrazları canlandıraraq, fransız kinosunun qızıl dövrünün ulduzu olub.
Çərşənbə axşamı axtarış məhkəmə rəsmisi Delonun evində silah görüb hakimə xəbər verdikdən sonra axtarış aparılıb.
2019-cu ildə insult keçirən Delonun səhhəti son illərdə pis idi. Fransa mətbuatının yazdığına görə, onun daha bir üstü açılmayan ağır xəstəliyi var.
Onun ailəsindəki fikir ayrılıqları son vaxtlar Fransada da manşetlərə çevrilib.
Onun üç övladı bir-birinə qarşı məhkəmə çəkişməsi aparır, bu döyüşlərdə bir sıra təhqirlər, ittihamlar və mətbuatda gizli çəkilişlər dərc olunur.
Delonun aktyor kimi ictimaiyyətə sonuncu çıxışı 2019-cu ildə Kann Film Festivalında fəxri Qızıl Palma budağı alması olub.
2019-cu ilin sentyabrında o, dostu və kino ulduzu Jan-Pol Belmondonun Parisdə dəfn mərasimində iştirak edib.