Universitetdə ilanla bağlı elan müzakirələrə səbəb oldu - FOTOLAR


Bir neçə gündür sosial şəbəkələrdə Azərbaycan Mühəndislik Universitetinin həyətində ilanların olması ilə bağlı məlumat paylaşılır. Bu gün isə ali təhsil ocağının həyətində yerləşən ağaca yapışdırılan elan diqqət çəkib. Elanda ilan şəkli yer alıb və “Ehtiyatlı olun” deyə xəbərdarlıq edilib.


Məsələ ilə bağlı “Qafqazinfo”ya məlumat verən universitetin mətbuat katibi Elman Babayev bildirib:

“Universitet rəhbərliyi aiddiyyəti üzrə Abşeron Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət edib. Bu gün universitetin bütün ərazisi dərmanlanıb, ilanlara qarşı tədbir görülüb”

Ağaca yapışdırılmış elanla bağlı E. Babayev qeyd edib ki, dərmanlanma işi aparıldığı üçün universitet bağlı olub:

“Şəklin kim tərəfindən yapışdırıldığından xəbərim yoxdur”.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu