Azərbaycan Ordusu Qarabağda əməliyyata başladı - 4 ölü, 15 yaralı
![](/uploads/posts/2022-08/1659535700_297321499_5637159166308188_5534075904988208282_n.jpg)
Qarabağda sülhməramlıların müvəqqəti nəzarətində olan ərazidə qanunsuz erməni silahlı birləşmələrinin dörd hərbçisi ölüb, daha 15-i yaralanıb.
Bu barədə Ermənistan KİV məlumat yayıb.
Erməni tərəfinin iddiasına görə, bölgədə Azərbaycan Ordusu tərəfindən əməliyyat (antiterror) keçirilir. Yaralılardan birinin vəziyyətinin ağır olduğu qeyd edilir./Oxu.az