İsrail: Biz havadan, dənizdən və qurudan birgə və koordinasiyalı əməliyyata hazırıq


İsrail ordusu blokadada olan Qəzza zolağına "koordinasiyalı" hava, dəniz və qurudan hücuma hazırlıqların tamamlanmaq üzrə olduğunu açıqlayıb.


Ordudan verilən açıqlamada maddi-texniki təminat idarəsinin quru əməliyyatı üçün qoşunların ehtiyac duyacaqları bütün ləvazimatları təmin etməyə çalışdığı, yüz minlərlə ehtiyat əsgərin çağırışının tamamlandığı bildirilib.

Açıqlamada son günlərdə döyüş üçün lazım olan vasitələrin toplanma bölgələrinə köçürüldüyü, havadan, dənizdən və dənizdən “koordinasiyalı” hücumlar da daxil olmaqla “geniş” əməliyyata hazırlıqların tamamlanmaq üzrə olduğu qeyd edilib.

İsrail ordusu son günlər Qəzza sərhədinə yaxın ərazilərə çoxlu sayda tank, haubitsa və zirehli texnika yığır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu