Türkiyə Ukraynaya 50 ədəd zirehli avtomobil verib - VİDEO


Türkiyə Ukraynaya 50 ədəd “Kirpi” zirehli avtomobil verib.



AFN Report-a istinadən bildirir ki, həmin avtomobillər artıq Ukraynanın cəbhə xəttinə gətirilib.

Məlumata görə, Türkiyənin Ukrayna Ordusuna daha 150 ədəd eyni markalı zirehli avtomobil göndərəcəyi gözlənilir. Türkiyə Silahlı Qüvvələrinin avtomobilləri Ukraynaya təmənnasız verdiyi güman edilir.

Bildirilib ki, zirehli avtomobillər Donetsk istiqamətində gedən döyüşlərdə istifadə olunacaq.

Qeyd edək ki, Türkiyə istehsalı olan “Kirpi” zirehli avtomobili yerli “BMC” şirkətinə məxsusdur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu