Ukraynanın Qorlovka şəhərində partlayış olub


Ukraynanın hazırda Rusiyanın işğal altında olan Qorlovka şəhərində partlayış olub.



AFN UNIAN-a istinadən xəbər verir ki, partlayış “Stirol” zavodunda qeydə alınıb.

Bildirilib ki, partlayışdan sonra zavodda yanğın başlayıb.

Yanğın zamanı ərazidəki transformator yarımstansiyası və zavodun binasının dam örtüyü yanıb.

Hadisənin baş vermə səbəbləri və xəsarət alanların olub-olmadığı barədə məlumat yoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu