Qurban Qurbanov: "Transfer danışıqlarının heç biri baş tutmadı"
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov transer məsələsi ilə bağlı danışıb.
AFN.az xəbər verir ki, baş məşqçi Azərbaycan Premyer Liqasının 5-ci turunda “Kəpəz” 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra bu barədə danışıb:
“Çox danışıqlar getdi, ancaq alınmadı. 3, hətta 4 futbolçu ilə danışıq aparırdıq. Mümkün olmadı. Əlimizdə olan futbolçularla qarşıdakı oyunlara daha istəkli hazırlaşacağıq”.