Gürcüstanda silahlı şəxs banka hücum etdi: 12 girov var - VİDEO


Gürcüstanın Kutaisi şəhərində silahlı şəxs banka hücum edib.



AFN xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı məlumat yayıb.

Bildirilir ki, “Gürcüstan Bankı”nda 12 nəfər girov götürülüb.

“Hüquq-mühafizə orqanları onların sürətli və təhlükəsiz azad edilməsi üçün bütün lazımi tədbirləri görürlər”, - məlumatda deyilir.

Qeyd edək ki, soyğuncu üç saat ərzində ona 2 milyon dolların verilməsini istəyir.

İlkin ehtimala görə, cinayətkar bank filialında partlayıcı qurğu quraşdırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu