İran millisinin futbolçusu etiraz aksiyalarını dəstəkləyib
AFN xəbər verir ki, məlumatı GünAzTV yayıb.
Məlumata görə, o, instaqram səhifəsində etdiyi paylaşımda yığmadan qovulması bahasına başa gəlsə də, etirazçılara repressiyalar qarşısında susmayacağını vurğulayıb: “Milli komanda üzvlüyü İran qadınlarının saçının bir telinə qurban olsun. İnsanları bu rahatlıqla öldürdüyünüzə görə sizə lənət olsun".
Qeyd edək ki, Sərdar Azmun milliyyətcə türkməndir. O, 1995-ci ilin yanvarında İranının əsasən türkmənlər yaşayan Günbədkavus şəhərində anadan olub. Forvard hazırda Almaniyanın "Bayer" (Leverkuzen) klubunun formasını geyinir. Azmun Güney Azərbaycanda və İranda xüsusilə türklər arasında ən çox bəyənilən futbolçulardan biridir. O, Təbrizin “Traktorsazi” klubuna qarşı edilən haqsızlıqlara qarşı da dəfərlə etiraz edərək komandanı dəstəkləyib.
Xatırladaq ki, 10 gündür İranda etiraz aksiyaları keçirilir. Tehran hakimiyyətini tətbiq etdiyi hicab qaydasına əməl etmədiyi üçün polislər tərəfindən 22 yaşı Mehsa Əminin qətlə yeririlib. İranlın bütün şəhərlərində bu qətlə etiraz olaraq kütləvi dinc aksiyalar keçirilir.