“Qarabağ münaqişəsi artıq tarixdir, müzakirə ediləcək nəsə yoxdur” – İlham Əliyev Putinlə görüşdə
“Qarabağ münaqişəsi artıq tarixdir”.
Bunu Prezident İlham Əliyev Soçidə Rusiya dövlət başçısı Vladimir Putinlə ikitərəfli görüşündə çıxış edərkən deyib.
Dövlət başçısı diqqətə çatdırıb ki, Qarabağ münaqişəsi 2 il əvvəl həll edilib və bu kontekstdə praktiki olaraq müzakirə olunacaq nəsə yoxdur.
Prezident İlham Əliyev 2 il əvvəl Qarabağ münaqişəsinin nizamlanmasında oynadığı rola görə Vladimir Putinə bir daha təşəkkür edib.