Partiyanın bir üzvü nə qədər üzvlük haqqı ödəyə bilər? – Rəqəm dəyişir


Azərbaycanda qeydiyyata alınmış siyasi partiyanın bir üzvünün il ərzində quruma ödədiyi üzvlük haqlarının yuxarı həddi müəyyən edilir.

AFN "oxu.az"-a istinadən xəbər verir ki, bu barədə “Siyasi partiyalar haqqında” qanun layihəsinin yenilənmiş redaksiyasında bildirilir.


Qeyd olunur ki, bir üzvün partiyaya ödədiyi üzvlük haqqı minimum əmək haqqının 35 mislindən artıq ola bilməz.

Üzvlük haqqının məbləğindən artıq ödənişlər ianə hesab edilir.

Xatırladaq ki, qanun layihəsinin bundan əvvəlki versiyasında müvafiq məbləğ 10 000 manat nəzərdə tutulurdu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu