Naxçıvanın statusunun ləğvi Qarabağ məsələsində əlimizi gücləndirəcək - ŞƏRH


Günlərdir gündəmi Naxçıvan Muxtar Respublikasının statusunun ləğv edilib-edilməyəcəyi ilə bağlı məsələ zəbt edib. Muxtar Respublikada gedən proseslərə əsaslanan bir sıra ekspertlər bildirirlər ki, Naxçıvanın statusunun ləğvinə hazırlıq gedir.


Xatırladaq ki, Naxçıvan MR-da mövcud olan bir sıra qurumlar ləğv edilərək respublika səviyyəli nazirlik və komitələrin idarəsinə çevrilir. Bundan əlavə, Naxçıvanda dövlət qurumlarında yoxlamaların və həbslərin başlaması da ortaya müəyyən suallar çıxarır. Siyasi şərhçi Elxan Şahinoğlu bəzi məsələlərə aydınlıq gətirib.
AFN.az xəbər verir ki, ekspert məsələnin hüquqi tərəfinin dəqiqləşdirilməsinə ehtiyac olduğunu deyib: "Ancaq fikrimcə, Naxçıvanın muxtar statusunun ləğvinə ehtiyac var. Bu, yalnız Naxçıvanda baş verən qanunsuzluqlar, korrupsiyanın geniş miqyas alması və İranla şübhəli əlaqələrlə bağlı deyil. Naxçıvanın birbaşa Bakıya tabe etdirilməsi və statusunun ləğvi Qarabağ məsələsində əlimizi gücləndirəcək. Dövlət başçısı İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra beynəlxalq aləmə və ermənilərə dəfələrlə mesaj göndərib ki, bölgənin heç bir statusu olmayacaq. Buna istinad edərək, Azərbaycanın digər heç bir ərazisinin də fərqli statusu olmamalıdır ki, beynəlxalq aləm və ermənilər Naxçıvanın muxtar statusunu bəhanə edib bizdən Qarabağ üçün də eynisini tələb edə bilməsinlər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu