Məşhur aktyorun meyiti küçədə tapılıb


ABŞ-ın məşhur aktyoru, "Yaşıl kitab " filmilə tanınan aktyor Frank Vallelonqanın cəsədi aşkar edilib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, aktyorun meyiti Nyu Yorkda noyabrin 28-də tapılsa da, yalnız bu gün onun şəxsiyyətini aydınlaşdıra biliblər. Frank Vallelonqanın 60 yaşı var idi. Ölümün səbəbi hələ dəqiqləşdirilməyib. Eyni zamanda, mənbələr Vallelonqanın həddindən artıq dozada dərman qəbul etməsindən ölə biləcəyi ehtimalını irəli sürüblər.
Qeyd edək ki, Vallelonqa "Yaşıl kitab" filmindəki rolunu məharətlə canlandırmışdı. Film musiqiçi Don Şirlinin, sürücüsünün və mühafizəçisi Toni Lipanın 1962-ci ildə ABŞ-a səyahətləri haqqındakı real yaşanmış hekayədən bəhs edir. Obrazın əmisi Rudi rolunu Vallelonqa ifa edirdi. Böyük maraqla qarşılanan bu film üç Oskara layiq görülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu