Rusiyaya 180 sanksiya tətbiq ediləcək
Avropa İttifaqı Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq yeni sanksiyalar paketini müzakirə edir. Tədbirlər bu həftənin əvvəlində razılaşdırıla bilər.
AFN.az xəbər verir ki, bu barədə “Politico” nəşri diplomatlardan məlumat əldə edib. Nəşrin məlumatına görə, müzakirə edilən tədbirlər arasında Rusiya iqtisadiyyatının texnoloji, maliyyə və media sektorları üçün yeni məhdudiyyətlərin tətbiqi də var. Doqquzuncu paketə 180 sanksiya bəndi daxil ola bilər.
Bununla bağlı Avropa İttifaqı Xarici Əlaqələr Şurasının dekabrın 12-ə planlaşdırılan iclasına qədər razılıq əldə olunacağı gözlənilir.
M.Vahidli