Azərbaycanda Konstitusiya dəyişəcək? - AÇIQLAMA


Naxçıvan Muxtar Respublikasının statusu ilə bağlı məsələnin müzakirəsində bəziləri tez-tez müxtəlif beynəlxalq sənədlərə, Qars müqaviləsinə, Moskva sənədinə istinad edirlər, tamamilə məntiqsiz yanaşmadır.


AFN.az xəbər verir ki, bunu REAL-ın sədr müavini Natiq Cəfərli Naxçıvan MR-də baş verən son hadisələri şərh edərkən deyib. Onun sözlərinə görə, yuxarıda sadalanan sənədlərin heç bir hüquqi əsası yoxdur: "Bu Azərbaycan Respublikasının Konstitusiyasında aydın şəkildə yazılıb. Azərabaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinin 2-ci bəndində göstərilir ki, Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir. Yəni açıq-aydın yazılıb ki, Naxçıvanın statusu ölkə Konstitusiyası ilə müəyyən olunur, deməli, Ana Yasanın referendumla dəyişdirilməsi baş verəcəksə, yeni redaksiyada da Naxçıvanın statusu müəyyən edilə bilər və buna heç bir beynəlxalq sənəd mane ola bilməz.
Artıq illərdir bu haqda yazırıq: Ölkənin gələcək inkişafı, idarəetmənin təkmilləşdirilməsi və iqtisadi-sosial problemlərin, hətta Xankəndi məsələsinin həlli üçün məmləkətdə yeni Konstitusiya qəbul edilməli, unitar dövlət olan Azərbaycanda Qarabağ, Şərgi Zəngəzur və Naxçıvan da daxil olmaqla indiki 14 iqtisadi rayona uyğun şəkildə 14 inzibati ərazi vahidi yaradılmalı, yerli özünüidarə gücləndirilməli və mer institutları təsis edilməlidir. Hakimiyyətin qolları arasında səlahiyyət və məsuliyyət bölgüsü klassik idarəetmə fəlsəfəsinə görə müəyyənləşdirilməlidir. Gecikmədən bu addımların atılması vacibdir".
Qeyd edək ki, bu Naxçıvan Ali Məclisinin fövqəladə toplantısında qurumun sədri Vasif Talıbov istefa verdiyini açıqlayıb. Buna qədər isə MR-da bir neçə yüksək vəzifəli şəxs həbs edilib. Azərbaycan hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyatla nəticəsində həbs olunan məmurların külli miqdarda yeyintiyə yol verdikləri məlum olub. Bu proseslər təxminən 1 ay öncədən başlayıb. İctimai rəydə Naxçıvan MR-ın ləğv olunacağı ilə bağlı fikirlər tez-tez səslənir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu