“Vətən Bağı” Sosial Təşəbbüslər İB-nin ərsəyə gətirdiyi “Başladıq”filminin təqdimatı keçirildi - VİDEO+FOTOLAR


“Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyinin sifarişi əsasında ərsəyə gəlmiş “Başladıq” filminin təqdimatı keçirilib.


AFN.az xəbər verir ki, təqdimat tədbiri Gəncliyə Yardım Fondunun H.Z.Tağıyev adına konfrans zalında baş tutub.

Film təqdim olunmazdan öncə Azərbaycan Respublikasının dövlət himni oxunub, sonra Vətənin bütövlüyü uğrunda canlarından keçmis şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca film nümayiş etdirilib. Ekran əsəri “Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyinin rəhbəri Emin Tarverdiyevin və komandasının 44 günlük Vətən Müharibəsi dövründə cəbhə bölgəsində qəhrəman hərbçilərimizə dəstək tədbirlərindən, bu təşəbbüsün yaranma tarixindən bəhs edir. İB-nin aktiv üzvləri və tədbirlərdə iştirak edən digər şəxslər filmdə müharibə günlərindəki xatirələrini bölüşüblər.

“Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri, filmin ideya müəllifi Emin Tarverdiyev bildirib ki, 44 günlük Vətən müharibəsində qələbənin qazanılmasında arxa cəbhənin rolu danılmazdır: "Ona görə də bu filmi arxa cəbhədə əziyyət çəkənlərə – öz komandamıza həsr etdik".
Filmin senari müəllifi, jurnalist Elmar Hüseynov qeyd edib ki, qısa müddət ərzində ərsəyə gətirilən bu film, bu sahədə ilk təcrübədir: "İnanırıq ki, real hadisələrlə dolu ekran əsəri siz tamaşaçıların da ürəyincə oldu”.

Tədbir iştirakçılarından “Hədəf” Şirkətlər qrupunun rəhbəri Şəmil Sadiq, “Behrud İnşaat”ın rəhbəri İlham Behrudi, jurnalist Cavid İsmayıl, şəhid Orxan Qəhrəmanovun anası Arzu Qəhrəmanova çıxışlarında Vətəni təmənnasız sevənləri bu filmdə gördüklərini qeyd ediblər.
Sonda şəhid ailələri, qazilərə və “Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyinə dəstəyə görə təşəkkür plaketləri təqdim olunub.

“Başladıq” filminin rejissoru Gülnar Hacıyeva, operatoru Shahmar Safaroglu, mətni səsləndirən Turkay Azəridir




























AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu