Lavrov “mövcud vəziyyətlə bağlı Azərbaycan nə düşünür” sualının cavabı üzərində düşünməlidir - ŞƏRH


Rusiya xarici işlər naziri Sergey bu gün keçirdiyi mətbuat konfransında bir sıra maraqlı açıqlamalar verib.


AFN.az xəbər verir ki, Lavrov bir neçə gün əvvəl Rusiya kontingentinin komandirinin iştirakı ilə Azərbaycan təmsilçisi və separatçıların nümayəndələrinin arasında göüş keçirildiyini açıqlayıb. Görüş Laçın yolundakı vəziyyətlə bağlı olub. Rusiya XİN rəhbəri yaxın vaxtlarda məsələnin öz həllini tapacağını düşündüyünü eyib.
Atlas Araşdırmalar Mərkəsinin rəhbəri Elxan Şahinoğlu Lavrovun açıqlamasını şərh edərkən bildirib ki, onun nə düşündüyü Azərbaycan tərəfini maraqlandırmamalıdır: "Lavrov “mövcud vəziyyətlə bağlı Azərbaycan nə düşünür” sualına cavab üzərində düşünməlidir. Azərbaycanın nə düşündüyünü və nə istədiyini isə erməni separatçılarının lideri Araik Arutunyan tərəfdarlarına izah edib: 1.Ruben Vardanyan Qarabağı tərk etməlidir; 2. Separatçılar mədənlərindəki işi dayandırılmalıdırlar; 3. Laçın dəhlizinin Rusiya sərhəd-keçid məntəqəsində rentgen skaner cihazları quraşdırılmalı və yüklərə nəzarət edənlər arasında Azərbaycan nümayəndəsi olmalıdır; 4. Separatçılara məxsus ağır hərbi texnika bölgədən çıxarılmalıdır".
Şərhçinin sözlərinə görə, Araik Arutunyan və onun separatçı ətrafı rəsmi Bakının bu tələblərini yerinə yetirməyəcək. Erməni mənbələrində bildirilir ki, Arutyunyanın rəsmi Bakının tələblərinə reaksiyası belə olub: “Rəsmi Bakının tələblərini yerinə yetirsək belə dəhlizin açılacağına və ya açılandan 1-2 həftə sonra yenidən bağlanmayacağına zəmanət yoxdur. Buna cavab olaraq Azərbaycan dünən qazın verilişini bir neçə saatlıq dayandırıb. Ümumiyyətlə, çətin günlər qarşıdadır”.
"Bəli, separatçılar üçün bundan da çətin günlər qarşıdadır. Rəsmi Bakının iddia edildiyi kimi Rusiya hərbi kontingenti vasitəsilə separatçılara göndərdiyi tələblər prosesin başlanğıcıdır. Bundan sonra başqa tələblər irəli sürüləcək" - deyə E.Şahinoğlu vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu