Şoltz: Alman tankları Rusiya ərazisinə hücum etmək üçün istifadə edilməyəcək
Almaniya kansleri Olaf Şoltz Ukrayna prezidenti Vladimir Zelenski ilə Ukraynaya göndərilməsi qərara alınan tankların Rusiya ərazisinə hücum üçün istifadə olunmayacağı ilə bağlı razılaşdığını bildirib.
AFN.az-ın xəbərinə görə, Almaniyada çıxan Bild qəzetinə açıqlama verən Şoltz, alman tanklarının Ukrayna sərhədləri daxilində istifadə ediləcəyini və Rusiya Federasiyası ərazisinə heç bir hücum üçün istifadə edilməyəcəyini bildirib. Mövzu ilə bağlı suala Almaniya kansleri "Bu mövzuda fikir birliyi var" - deyə cavab verib.