İsveçrə tarixi neytrallığından imtina edir


İsveçrə Ukraynaya silah tədarükü məsələsində neytrallıqdan imtina edə bilər. Buna Almaniya və Danimarkanın İsveçrə zirehli texnikasının və döyüş sursatlarının Ukraynaya təkrar ixracına icazə tələblərinin rədd edilməsindən sonra ölkənin avropalı tərəfdaşlarının təzyiqi ilə üzləşməsi səbəb olub.


AFN.az-ın dünya mediasına istinadən məlumatına görə, İsveçrə parlamentinin üzvləri bu məsələ ilə razılaşmır. "Biz neytral olmaq istəyirik. Lakin biz Qərb dünyasının bir hissəsiyik. Başqalarının Ukraynaya kömək etməsinə mane olması üçün veto hüququmuz olmamalıdır”- Mərkəz sağçı Azad Demokratik Partiyasının lideri Zierri Burxart belə deyib.
Hökumətə silahların oxşar demokratik dəyərlərə malik ölkələrə təkrar ixracına icazə verməyi məhz Burxart təklif edib. Deputatın fikrincə, neytral qalmaq bitərəf mövqeyi olmayan Rusiyanı dəstəkləmək deməkdir.
Yaşıllar Partiyasından olan parlamentari Marionna Şlatter, öz növbəsində, Ukraynaya silah tədarükünə icazə verildiyi üçün İsveçərinin “sürüşkən yola” düşəcəyini və neytrallığı ilə bir araya sığmayan bütün məhdudiyyətləri aradan qaldıra biləcəyini söyləyib.
Eyni zamanda, Sotomo Araşdırma İnstitutunun keçirdiyi sorğuya əsasən, vətəndaşların 55 faizi silahların Kiyevə təkrar ixracına icazə verilməsinin tərəfdarıdır.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu