Ermənistan Azərbaycanla sülh müqaviləsinin mətni üzərində işləyir - AÇIQLAMA


Ermənistan palamentində keçirilən brifinqdə xarici əlaqələr daimi komissiyasının sədri, hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Sərkis Xandanyan deyib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsinin mətni üzərində işləyir.


AFN.az erməni mediasına istinadən xəbər verir ki, Sərkis Xandanyan Azərbaycan tərəfindən də təkliflərin verilditini bildirib: “Hazırda biz öz təkliflərimiz üzərində işləyirik, sənəd hazır olduqdan sonra qarşı tərəfə göndəriləcək”.
Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə dəstək üzrə xüsusi nümayəndəsi İqor Xovayevin səfəri ilə bağlı danışan erməni deputatın sözlərinə görə, Ermənistan hökuməti Xovayevlə “Laçın dəhlizinin blokadadan çıxarılması”, təhlükəsizliyin təmin edilməsi, eləcə də xarici siyasətin bütün digər məsələləri və aspektlərini müzakirə edib: “Bu, Xovayevin Ermənistana növbəti səfəri idi. Biz düşünürük ki, nəticələrə daha geniş kontekstdə baxmaq lazımdır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu