Dağıntılar altında qalmış tələbələrimizin axtarışı davam edir


“Malatyada dağıntılar altında qalmış tələbələrimizin axtarışı davam edir”.


Bu barədə Diaspora Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı bildirib.
“Malatyada olan tələbələrimizdən Gündüzün qardaşı Arzumanla danışdım. Tələbələrin axtarışı davam edir”-deyə o vurğulayıb.
Onun sözlərinə görə, Diasporla İş üzrə Dövlət Komitəsi baş verən təbii fəlakətlə əlaqədar qardaş ölkədə yaşayan, təhsil alan soydaşlarımızın taleyi ilə bağlı bütün məsələləri diqqətdə saxlayır, onların vəziyyəti ilə əlaqədar məlumat əldə edir və ehtiyacları olduğu halda lazımı köməyi göstərir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu