Erməni deputat: "İqtidar qalib gəlmək şansını itirir"


"Ermənistan hakimiyyəti, Paşinyan iqtidarı hazırda odun üstünə yağ tökməklə məşğuldur”.


AFN.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistan parlamentinin deputatı Tiqran Abramyan bu gün keçirdiyi brifinqdə belə deyib. Rusiyanın Aİ missiyasının mövcudluğundan narazı olması ilə bağlı gedən müzakirələri şərh edib. Deputat bildirib ki, Ermənistanda hakimiyyətdə olan istənilən qüvvənin Qərblə Rusiya arasında qarşıdurmanın içinə daxil olmamaq kimi konkret vəzifəsi var.
“Bizdə isə problem bütün proseslərin Rusiya ilə Qərb arasında dərin münaqişə fonunda baş verməsindən ibarətdir. Hakimiyyət orqanlarının açıqlamaları hansı məqsədlər güddüklərindən asılı olmayaraq çox vaxt alovun üzərinə yağ tökür. Vəziyyət kulminasiya nöqtəsinə gəlib çatıb. Erməni cəmiyyəti AB-nin missiyasını “onun görəcəyi funksiyalar” kontekstində deyil, “Rusiya ilə Qərb arasında qarşıdurmanın növbəti mərhələsi” olaraq nəzərdən keçirir” - erməni deputat belə deyib.

Abramyanın fikrincə Paşinyan iqtidarı AB missiyasını ölkənin bilavasitə təhlükəsizliyinin təmin olunması kontekstində deyil, “Azərbaycanın Rusiya ilə birgə hücum planlarının qarşısını alınması” nöqteyi-nəzərindən qiymətləndirir: “Hakimiyyət Ermənistanı Rusiya ilə Qərb arasında mübarizəyə cəlb etmək üçün əlindən gələni edir, bunun nəticəsində qalib gəlmək şansını itirir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu