Hollandiyanın baş naziri: “Tanklar ən qısa zamanda Ukraynaya çatdırılacaq"


Hollandiya, Danimarka və Almaniyanın Ukrayna üçün aldığı Leopard-1A5 tanklarının ilk partiyası ən qısa zamanda Ukraynaya çatdırılacaq.


AFN.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə Hollandiyanın baş naziri Mark Rutte jurnalistlərə açıqlamasında bildirib. O, həmçinin qeyd edib ki, Hollandiya Ukraynadakı hərbi əməliyyatlara baxılması üçün yeni tribunala ev sahibliyi etməyə hazırdır.

Bundan əvvəl Bundesverin baş müfəttişi Eberhard Zorn bildirib ki, Almaniyanın Kiyevə vəd etdiyi zirehli transportyorların və tankların mart ayında Ukraynaya çatacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu