Baxçalı: İstanbul üçün itirəcək vaxtımız yoxdur


Türkiyə öz tektonik irsi, geoloji mübadilə və meteoroloji xüsusiyyətləri ilə hər zaman təbii fəlakətlərin risk və təhlükələrinə açıqdır.


AFN.az xəbər verir ki, bu haqda MHP lideri Dövlət Baxçalı partiyasının qrup toplantısında deyib. "İstanbul üçün fəlakət senarilərinin bütün imkanlarını dəyərləndirməli və mümkün zəlzələlərə hazır olmalıyıq. Bizim itirməyə vaxtımız yoxdur" - deyə partiya sədri sos çağırışı edib.
"Biz xalq olaraq hər şəraitdə bu ağır yükü qaldıra bilərik. Dövlət hər şeyə nəzarət edir. Ağrımız böyükdür, amma həyatda elə bir ağrı yoxdur ki, zaman onu yüngülləşdirməsin" - deyən D.Baxçalı eyni zamanda "zəlzələdən faydalanmaq istəyənlərin" olduğunu da vurğulayıb: "Onlar səhv edirlər. Zəlzələdən faydalanmaq istəyənlər əxlaqsızlığın nişanələridir. Hamıya məlum olmalıdır ki, biz onları bir-bir qeyd edirik. Kim xaos dalınca qaçırsa, insanlıq müzakirəyə açıqdır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu